Prezident bu iki sənədi təsdiqlədi
- 20.12.2021, 13:50,
- İqtisadiyyat / Sosial / Xəbər
Baxılıb: 450
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.“Qanunyolu.info.az” xəbər verir ki, Fərmana əsasən, 2021-ci il sentyabrın 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərməlidir.
****
Prezident İlham Əliyev, həmçinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Estoniya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.“Qafqazinfo” xəbər verir ki, Fərmana əsasən, 21-ci il oktyabrın 5-də Budapeşt şəhərində imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Estoniya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilir.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Estoniya Respublikası Hökumətinə bildiriş göndərməlidir.
