Prezident sərəncamlar verdi - Yenilənib
- 23.07.2021, 14:30,
- İqtisadiyyat / Xəbər
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev bir neçə sərəncam imzalayıb.“Qanunyolu.info.az” xəbər verir ki, ölkə başçısının sərəncamı ilə yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən
Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.
****
Prezidentin digər sərəncamı ilə
Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.
****
Dövlət başçısının imzaladığı digər bir sərəncama əsasən,
Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.
****
Prezident İlham Əliyevin sərəncamı ilə on dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən
Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.
