İqtisadiyyat Nazirliyində görüş keçirilib

İqtisadiyyat Nazirliyində görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarte ilə görüşüb.

“Qanunyolu.info.az” xəbər verir ki, görüşdə AYİB-lə əlaqələrin inkişafına önəm verildiyi və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən xanım İvana Duarte ölkəmizin iqtisadi perspektivlərinin əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaratdığını və AYİB-in dəstəyi ilə bir sıra layihələrin həyata keçirildiyini qeyd edib.

İqtisadiyyat naziri Azərbaycan-AYİB əlaqələrinin inkişafına töhfələrinə, reallaşdırılan layihə və təşəbbüslərə görə xanım İvana Duarteyə minnətdarlığını bildirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
İqtisadiyyat Nazirliyində görüş keçirilib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter