“Firdovsi Umudovun əziyyətini itirə bilmərik” - Hacı Əliyev

  • 01.01.2021, 20:15,
  • İdman
  • Baxılıb: 27
“Firdovsi Umudovun əziyyətini itirə bilmərik” - Hacı Əliyev

“Firdovsi müəllimin ölkə güləşi və idmanı üçün həqiqətən böyük əziyyəti, işləri olub. Bunu mən və digər güləşçilər itirə bilmərik”.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan güləş yığmasının üzvü Hacı Əliyev “Report”a açıqlamasında deyib. O, federasiyanın vitse-prezidenti Firdovsi Umudovun baş məşqçi təqdimatı üçün keçirilən iclasa qatılmamasına münasibət bildirib. 3 qat dünya və Avropa çempionu olan Əliyev Umudovun hər zaman idmançılara məsləhət verdiyini bildirib:

“Federasiya rəhbərliyi Namiq Abdullayevin baş məşqçi olmasını məsləhət görüb. Umudovun isə federasiyada öz işi və vəzifəsi var. Amma yenə də məşqçimizdir. Hər zaman öz məsləhətlərini verir. Mən o işlərə qarışa bilmərəm. Niyə iştirak etmədiyini deyə bilmərəm. Bir az qəliz məsələlərdir. Elə şeylər var ki, danışa bilmərəm”.
“Firdovsi Umudovun əziyyətini itirə bilmərik” - Hacı Əliyev
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter