“Neftçi” “Qarabağ”a qarşı
- 08.11.2020, 10:45,
- İdman
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutacaq.Əvvəlcə “Bakcell Arena”da "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcək. Azərbaycan derbisində qalib gələcək komanda liderliyə yüksələcək. Heç-heçə təqdirində isə klublar indiki mövqelərində qalacaq.
Günün sonuncu matçında isə "Sabah" Masazırda “Zirə”ni qəbul edəcək. Əslində bu görüş noyabrın 6-da keçirilməli idi. Lakin "Sabah"ın heyətində koronavirus şübhəsi olan futbolçuların aşkarlanması səbəbindən oyun bu günə təxirə salınıb.
Qeyd edək ki, ilk oyun günündə "Keşlə" "Qəbələ"ni 3:1, "Səbail" "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası9-cu tur
8 noyabr 15:00. “Neftçi” – “Qarabağ”Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
Bakı. “Bakcell Arena”.
17:00. “Sabah” – “Zirə”Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
Masazır. “Bank Respublika Arena”.
