Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. “Qəbələ” doğma meydanda “Sabah”a 2:1 hesabı ilə qalib gəlib.
Günün digər görüşündə isə “Səbail” “Zirə”nin qonağı olub və qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.
31 oktyabr“Zirə” - Səbail” 0:0Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu
“Qəbələ” - “Sabah” 2:1 Qol: Yusif Nəbiyev, 31 (1:0), Nikolas Raysel, 54 (2:0), Ramil Şeydayev, 80 (2:1)
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu