“İnter” “Real”a, “Liverpul” “Atalanta”ya qarşı

  • 03.11.2020, 10:40,
  • İdman
  • Baxılıb: 11
“İnter” “Real”a, “Liverpul” “Atalanta”ya qarşı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turuna start veriləcək.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında 8 oyun keçiriləcək.

Turnirin son qalibi “Bavariya” Avstriyada “Zalsburq”un qonağı olacaq. A qrupunun digər favoriti “Atletiko” da səfərdə Moskva “Lokomotiv”ini sınağa çəkəcək.

İlk iki turdan sonra B qrupunun sonuncu pilləsində qərarlaşan “Real” “İnter”i qəbul edəcək.

C qrupunda itkisiz irəliləyən “Mançester Siti” “Olimpiakos”la münasibətlərinə aydınlıq gətirəcək

D qrupunda isə liderlər İtaliyada üz-üzə gələcək. Qələbələri sıralayan “Liverpul” “Atalanta”nın qonağı olacaq.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

3 noyabr

A qrupu

21:55. “Lokomotiv” (Rusiya) – “Atletiko” (İspaniya)

00:00. “Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya)

Bavariya – 6, Atletiko – 3, Lokomotiv – 1, Zalsburq – 1.

B qrupu

21:55. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Borussiya” (Münhenqladbax, Almaniya)

00:00. “Real” (İspaniya) – “İnter” (İtaliya)

Şaxtyor – 4, Borussiya 2, İnter – 2, Real – 1.

C qrupu

00:00. “Mançester Siti” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)

00:00. “Porto” (Portuqaliya) – “Olimpik” (Marsel, Fransa)

Mançester Siti – 6, Portu – 3, Olimpiakos – 3, Olimpik – 0.

D qrupu

00:00. “Midtyulland” (Danimarka) – “Ayaks” (Niderland)

00:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə)

Liverpul – 6, Atalanta – 4, Ayaks – 1, Midtyulland – 0.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter