Avroliqa matçında ilk dəfə qadın baş hakim

  • 20.10.2020, 22:30,
  • İdman
  • Baxılıb: 49
Avroliqa matçında ilk dəfə qadın baş hakim

Futbol üzrə Avropa Liqasının oyununu ilk dəfə qadın baş hakim idarə edəcək.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, qrup mərhələsində ilk turun “Lester Siti” (İngiltərə) – “Zarya” (Ukrayna) matçı Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Bu oyunun baş hakimi Stefani Frappar təyin olunub. Ona yan xətt hakimləri Siril Mönye və Benjamen Pajes kömək edəcək. Dördüncü hakim funksiyasını isə Joan Amel yerinə yetirəcək.

Qeyd edək ki, Stefani Frappar daha əvvəl 2019-cu ildə İngiltərənin “Liverpul” və “Çelsi” (2:2, penaltilərdə 5:4) komandaları arasında keçirilmiş UEFA Super Kuboku uğrunda matçın baş hakimi olub.

Xatırladaq ki, oktyabrın 22-də keçiriləcək “Lester Siti” – “Zarya” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Şərh yaz
La historia ha sido testigo de un replique montre momento tan brillante, Omega lanzó un replicas de relojes de tres profesionales en el mismo año, y todo un clásico atemporal de extraordinaria: Omega Seamaster 300 reloj, relojes y Railmaster reloj Omega Speedmaster.relojes replicas
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter