“Biz Azərbaycanı dəstəkləyirik” - Visente Qomes
- 03.10.2020, 00:30,
- İdman
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Premyer Liqasında V turun “Sabah” – “Keşlə” oyunundan (0:2) sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Visente Qomes jurnalistlərin suallarını cavablandırıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
- Oyun bərabər səviyyədə keçdi. Sadəcə, əks-hücumlar matçın taleyini həll etdi. Biz yararlana bilmədik, rəqib yaxşı istifadə etdi və qələbə qazandı.
- “Sabah” 5 oyuna da fərqli heyətlə çıxıb. Bu, nə ilə bağlıdı?- Həftəiçi məşqlərin gedişinə baxıram. Fərqli heyətə səbəb zədəlilərin olmasıdı.
- Cəbhədə baş verənlərlə bağlı mövqeyiniz nədi?- Əlbəttə ki, biz idman adamıyıq, bizim və ölkəmizin mövqeyi bəllidir - Azərbaycanı dəstəkləyirik. Müharibə hər zaman can itkisinə səbəb olur.