CS:GO virtual döyüş növü üzrə Azərbaycan Birinciliyinin miqyası genişlənir
- 25.09.2020, 20:00,
- İdman
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Gaming League Azerbaijan-ın təşkilatçılığı, “Mountain Dew” şirkətinin tərəfdaşlığı ilə reallaşan dünyanın ən populyar virtual döyüş növü olan Counter-Strike:Global Offensive (CS:GO) oyunu üzrə Azərbaycan Birinciliyi davam edir."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, birinciliyin 1-ci və 2-ci divizionlarının növbəti oyunları həftənin şənbə və bazar günləri baş tutacaq. 1-ci Divizionun bu həftəlik qarşılaşmaları Ganja Poets və Lankaran Heroes, habelə Nakhchivan Alinja Tower və Quba Tigers komandaları arasında keçiriləcək. Liqanın 2-ci Divizionunda isə Karabakh Horses və Qazakh Ashiqs, eləcə də Shaki Khans və Bakı təmsilçisi Old City White Pants komandaları üz-üzə gələcəklər. Oyunların nəticəsi komandaların gələcək həftə hansı divizionda mübarizə aparacaqlarını müəyyənləşdirəcək.
Həftənin ən əlamətdar hadisəsi 3-cü divionda oyunların başlamasıdır. İlk turda Khizi Mountains Qobustan Stones komandasına 0:2 hesabı ilə məğlub olub. Qakh Berkuts komandasının Balakhani Oilers kollektivi ilə matçı da eyni hesabla yekunlaşıb (0:2).
Bu gün 3-cü Divizionda Balakhani Oilers və Qobustan Stones komandaları 1-ci yerin, Khizi Mountains və Qakh Berkuts isə 3-cu yerin sahibini müəyyənləşdirəcəklər. Qeyd edək ki, 3-cü divizionun qalibi gələcək həftə artıq 2-ci Divizionda yarışacaq.
Turnir online-rejimdə keçirilir və həftənin şənbə, bazar günləri 12:00-dan 20:00-dək GLAHUB youtube kanalında canlı yayımlanır. Eyni zamanda, Birincilik haqqında ətraflı məlumat kiberidmanın yeganə ünvanı gla.az saytında yerləşdirilib.
Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsi bu gün də öz populyarlığı artırmağa davam edir. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarına daxil edilib. Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən Gaming League Azerbaijan (GLA) bugünədək 10-dan (14) çox kiber idman çempionatı həyata keçirmişdir. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədi ilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf edilməsi və Azərbaycanda həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması daxildir.
