Son turun ən yaxşı futbolçusu məlum oldu

  • 24.09.2020, 15:55,
  • İdman
  • Baxılıb: 14
Son turun ən yaxşı futbolçusu məlum oldu

Azərbaycan Premyer Liqasında 3-cü turun ən yaxşı futbolçusu məlum olub. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu, “Sabah”ın qapıçısı Saşa Stamenkoviçdir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Stamenkoviç komandasının “Zirə”ni 2:0 hesabıyla məğlub etdiyi oyunda bir neçə seyvlə yadda qalıb.

Stamenkoviçdən əlavə, “Sabah”ın daha 3 futbolçusu – Məhəmməd Mirzəbəyov, Yevgeni Koçuk və Xulio Rodriqes Azərbaycan Premyer Liqasının 3-cü turunun rəmzi komandasında yer alıb.

Premyer Liqanın ötən turunda da “Sabah”ın 4 futbolçusu (Bəhlul Mustafazadə, Ramil Şeydayev, Coşqun Diniyev və Yevgeni Koçuk) rəmzi komandada yer almışdı. Koçuk ardıcıl ikinci dəfə turun komandasında yer alıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter