13-cü saniyədə əvəzləndi - Video

  • 23.09.2020, 00:45,
  • İdman
  • Baxılıb: 7
13-cü saniyədə əvəzləndi - Video

Estoniya çempionatında maraqlı hadisə baş verib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, "Nomme Kalyu" - "Levadiya" matçında meydan sahiblərinin futbolçusu Lauri Suup 13-cü saniyəsində əvəzlənib.

Buna isə ölkə çempionatının əsasnaməsində göstərilən tələb səbəb olub. Belə ki, əsasnaməyə əsasən, hər bir klub start heyətində ən azı 2 yetirməsini meydana buraxmalıdır. 16 yaşlı Suup isə onlardan biri olub. Onun yerinə meydana 22 yaşlı Vladislav Xomutov çıxıb.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter