Azərbaycan millisində oynamış futbolçu Ermənistan klubunda
- 03.09.2020, 16:40,
- İdman
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
Vaxtilə Azərbaycan millisində çıxış etmiş və Rusiyada azərbaycanlı oyunçu kimi tanınan Maqomed Musalov Ermənistan klubu ilə müqavilə imzalayıb. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Dağıstan əsilli futbolçu “Pünik” klubuna keçib.Rusiya və Ermənistan mətbuatı bu xəbəri “Azərbaycanlı futbolçu Ermənistan klubuna keçdi” başlığı ilə yayımlayıb.
Qeyd edək ki, Musalov Azərbaycan yığması ilə 3 dəfə təlim-məşq toplanışlarına dəvət alıb. O, həm U-19, həm U-21 yığmasının toplanışlarında olub.
Xatırladaq ki, bundan əvvəl milliləşdirilmiş dağıstanlı Şamil Qurbanov Ermənistanın “Uliss” klubuna yollanmışdı.
Fotoda Maqomed Musalovun 2012-ci ildə Azərbaycan U-21 yığmasına dəvət alması göstərilir.