“Belə durumda vəziyyət bizdən asılı olmayacaq” - Ramin Musayev

  • 12.08.2020, 15:30,
  • İdman
  • Baxılıb: 10
“Belə durumda vəziyyət bizdən asılı olmayacaq” - Ramin Musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2020/2021-ci illər mövsümünün püşkatmasından sonra suallara cavab verib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən həmin müsahibəni təqdim edir:

- Komandaların futbolçularından hər hansında koronavirus aşkarlansa, vəziyyət necə olacaq?

- Elə bir hadisə baş verərsə, bizdən üst qurumların tövsiyələrini dinləyəcəyik. Bizdən asılı durum olmayacaq.

- Əgər klubların avrokuboklarda iştirakı ilə bağlı təxirəsalınma istənsə, necə olacaq? Bir turdan sonra milli komandanın toplanışına görə fasilə olacaq?

- Avqustun 21-də çempionatı başlayacağıq. Ayın 28-dən isə toplanış olacaq. Əgər baş məşqçinin belə fikri olmasaydı, 2-ci turu 30 avqustda keçirmək istəyirdik.

- Matçların yayımı ilə bağlı təqvimi nəzərə alacaqsız?

- Əvvəlki illərlə nisbətən yayımla bağlı problem yaşamırıq. Necə ki, geridə qalan mövsümdə oyunların yeri və saatı ilə bağlı qarşılıqlı razılıq olurdu və bu il də eynilə elə olacaq.

- Çempionatın sponsoru olacaq?

- Ötən mövsüm bir şirkətlə danışıqlar gedirdi. Mart-aprel aylarında uzunmüddətli müqavilə gözlənilirdi. Amma pandemiyaya görə çətin vəziyyət yarandı. Lakin yenidən həmin şirkətlə müqavilə bağlay bilərik. Bu gözləniləndir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter