Avrokuboklarda sarı vərəqələr silinəcək
- 05.08.2020, 12:30,
- İdman
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA avrokubokların 1/8 final oyunlarından sonra futbolçuların sarı vərəqələrini siləcək. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu qərarı qurumun İcraiyyə Komitəsi verib.Koronavirus pandemiyasından sonra yaranan çətinliklərə görə bu addım atılıb.
Növbəti mövsümdə isə təsnifat və pley-off oyunlarında alınan sarı vərəqələr qrup mərhələsinə təsir etməyəcək.
UEFA daha bir qərar qəbul edərək səyahət məhdudiyyəti olan ölkələrin komandaları üçün oyunların başqa ölkələrdə keçirilməsinə şərait yaradacağını açıqlayıb.
Əgər komandanın bir neçə futbolçusu koronavirusa yoluxsa, yenə matç təxirə salınmayacaq. Qarşılaşmaların oynanılması üçün 1-i qapıçı olmaqla 13 futbolçunun sağlam olması kifayətdir.