“İlk növbədə icazə almalıyıq” - Qurban Qurbanov

  • 09.06.2020, 22:00,
  • İdman
  • Baxılıb: 33
“İlk növbədə icazə almalıyıq” - Qurban Qurbanov












“Hər birinizi görməyə şad oldum. Bu gün burada olmaq hamımız üçün çox xoşdur. 3 aya yaxındır ki, böyük futboldan uzaq olmuşuq. Düşünmədiyimiz texniki səhvlər var idi. Bunu da normal saymaq olar. İndi daha çox meydana qayıtdığımız üçün sevinirəm. İnşallah qarşıdakı matçlarımız problemsiz başa çatsın”.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”a 5:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Çalışdırıcı komandasının hazırlığından danışıb:

“Tam bu barədə danışa bilməyəcəm. Hələ ki, konkret qərar yoxdur. Yenə bəzi qərarlar oldu, məşqlərdən uzaq qaldıq. 24 günlük vaxtımız altıncı və bazar günləri karantinə görə azaldı. Belə fasilələrdən sonra həmişə çətin olur. Biz bu gün futbolçuları necə yükləmək barədə danışmalıyıq. Əvvəlki günlərə qayıtmaq üçün oyunun sayının çox olması vacibdir. Qış fasiləsindən sonra deyirdik ki, futbolçulara 3-4 oyun lazımdır. Yenə eyni durumdur. Bəlkə, çempionatın sonuna tam formaya düşəcəyik”.

Təcrübəli mütəxəssis komandaların Qəbələdə hazırlıq keçəcəyi ilə bağlı suala cavab verib:

“Bu tam dəqiq deyil. Sadəcə belə bir fikir yarandı. Birinci növbədə icazə almalıyıq. Bakıdan başqa şəhərlərə getmək olar və ya olmaz. Yeni qərara görə, bazar və birinci gün karantin olacaq. Bu səbəbdən, fikrimcə, getməyə ehtiyac olmayacaq”.

Ağdam klubunun çalışdırıcısı karantin müddətində istirahət etməsindən söz açıb:

“Müsbət və mənfi cəhətləri də oldu. Amma əsas odur ki, yaşayış əvvəlki günlərə qayıtsın. Bu günlər futbol üçün böyük zərbə oldu”.

Qurbanov Maqaye Geyenin komandadan ayrılmasından danışıb:

“Qarışıqlı razılıq əsasında ayrıldıq. Həm də onun təklifi var idi. Menecerlər vasitəsilə bizə çıxmışdılar. Bir də karantindən qayıdanda artıq çəkisi var idi və formaya düşəcəyi çətin görünürdü. Bəlkə çempionatın sonuna hazır olacaqdı”.

Məşqçi Rəşad Sadıqovun karyerası ilə bağlı da açıqlama verib:

“Onun karyerasını bitirməsi ilə bağlı qərarı vermişik”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter