“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - Fotolar

  • 05.06.2020, 10:25,
  • İdman
  • Baxılıb: 38
“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - Fotolar













Braziliyanın “Palmeyras” klubunun futbolçusu Luis Adrianonun həyat yoldaşı Yekatrina Dorojka verdiyi açıqlama ilə diqqət çəkib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rus model qaradərili futbolçu ilə evləndiyi üçün təhdid olunduğunu bildirib:

“Mənim ölümümü, ailəmin xəstəlik tutmasını arzulayan insanlar var idi. Məni tapacaqlarını və öldürəcəklərini yazırdılar. Çünki qaradərili insanla evlənmişdim. Lakin dözdüm və indi Braziliyadayam. Dünyaya baxışıma görə ailəmə təşəkkür edirəm. İnsanlar eynidir, qaradərili və ya ağdərili deyə ayırmaq lazım deyil. Əgər cənnət və cəhənnəm varsa, cəhənnəm bu dünyadır. Kaş bütün insanlar mehriban olaydı”.

Qeyd edək ki, Dorojka bu etirafı ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floyda görə edib.
“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - Fotolar
“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter