Rəcəbov və Məmmədyarov mövqeyini qorudu

  • 01.05.2020, 00:53,
  • İdman
  • Baxılıb: 18
Rəcəbov və Məmmədyarov mövqeyini qorudu












Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın yenə bir təmsilçisi yer alıb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki yerini qoruyub. Şəhriyar Məmmədyarov (2764) da 11-ci yerdə qalıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü, Rauf Məmmədov (2654) 90-cı pillədə qərarlaşıblar.

Siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) 2-ci, Çin qrossmeysteri Dinq Liren (2791) 3-cüdür.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443 xal) 29-cu, Gülnar Məmmədova (2382) 77-ci, qadınlar arasında son Azərbaycan çempionu Xanım Balacayeva (2376) 86-cı sırada qərarlaşıblar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter