Azərbaycanlı MMA döyüşçüsü ermənini məğlub etdi - Video
- 26.06.2021, 10:30,
- İdman / Xəbər
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
MMA döyüşçüsü Elnar İbrahimov NFC fight-da (Naiza Fighting Championship) qələbə qazanıb.“Qanunyolu.info.az” xəbər verir ki, o, 61 kq-da erməni idmançı Varşam Qevorqyanı üstələyib.
Qazaxıstanda keçirilən görüşdə İbrahimov bütün raundları üstün bitirərək təmiz qalibiyyət əldə edib.
Elnar İbrahimov qələbəsini şəhidlərə və qazilərə həsr etdiyini bildirib: “Mən bu qələbəni İkinci Qarabağ müharibəsində canından, qanından keçən şəhidlərimizə və qazilərə həsr edirəm. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!”