İstanbuldakı atışmada Naxçıvanlı Babadan başqa iki çeçen də öldürülüb-VİDEO

İstanbuldakı atışmada Naxçıvanlı Babadan başqa iki çeçen də öldürülüb-VİDEO

Ötən gün Türkiyədə baş verən atışmada azərbaycanlı kriminal aləm üzvü Naxçıvanlı Babadan başqa iki Çeçenistan vətəndaşı da öldürülüb.

“Qanunyolu.info.az” xəbər verir ki, atışma barədə bu gün Türkiyə mediası da məlumat yayıb. “DHA”nın verdiyi xəbərə görə, insident saat 17:30 radələrində İstanbulda Başakşehirin ən işlək küçələrindən biri olan Rəcəb Yazıcıoğluda qeydə alınıb.
İstanbuldakı atışmada Naxçıvanlı Babadan başqa iki çeçen də öldürülüb-VİDEO

Bildirilir ki, Avni Akyol bulvarında 4 nəfər restoranlardan birinin qarşısında gözləyərkən yanlarına gələn 3 nəfərlə dava edib. Ölənlərin Çeçenistan əsilli Rəhim Rəhimli ilə Həsən Yusifov olduqları müəyyənləşdirilib. Saytın yazdığı ilkin məlumata görə, silahlı dava borc məsələsinə görə Gürcüstan və Çeçenistan əsilli qrup üzvləri arasında baş verib. Hücum edənlərin xarici nömrəli avtomobillə hadisə yerindən uzaqlaşdıqları təsbit edilib.

Qaçan 3 nəfərin kimliyi müəyyənləşdirilir.
İstanbuldakı atışmada Naxçıvanlı Babadan başqa iki çeçen də öldürülüb-VİDEO

Xatırladaq ki, atışma zamanı həm də mərhum Rövşən Lənkəranskinin yaxınları kimi tanınan Naxçıvanlı Baba hadisə yerində ölüb, Xarkov Fuad ləqəbli Fuad Hacızadə isə yaralanıb. Naxçıvanlı Baba karateçi olub və müxtəlif turnirlərdə yer tutub. Daha sonra isə kriminal aləmə qoşulub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter