Xırdalanda partlayış nəticəsində dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - Foto+Video
- 25.01.2021, 19:00,
- Hadisə / Sosial / Xəbər
Baxılıb: 59
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir."Qanunyolu.info.az" xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsində baş verib. Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub
Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb, 6 nəfər vətəndaş isə xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan birinin vəziyyəti ağırdır.
"Qanunyolu.info.az" xəbər verir ki, bu barədə hadisə yerində olan Abşeron RİH-i başçısı İradə Gülməmmədova bildirib.
FHN Xırdalandakı partlayışla bağlı daha bir məlumat yayıb. Bir avtomobil də dağıntılar altında qalaraq yarasız hala düşüb.
"Qanunyolu.info.az" FHN-in saytına istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı hələ də davam edir.
Hadisənin səbəbləri dəqiqləşdirilir.
