Bacısına qan verməkdən qayıdırdı, qəzada öldü - Foto

Bacısına qan verməkdən qayıdırdı, qəzada öldü - Foto

Biləsuvarda "Mersedes" markalı minik avtomobili ilə traktor toqquşub.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, hadisə rayonun M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı minik avtomobilinin sürücüsü, Lerik rayonun Nuravud kənd sakini 1982-ci il təvəllüdlü Dadaşov Əfqan Ənvər oğlu ölüb, sərnişinləri isə ağır bədən xəsarətləri ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, qəzada ölən sürücü xəstəxanada əməliyyat olunan bacısına qan verməkdən qayıdırmış.
Bacısına qan verməkdən qayıdırdı, qəzada öldü - Foto

Bacısına qan verməkdən qayıdırdı, qəzada öldü - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter