ABŞ-ın Oreqon, Kaliforniya və Vaşinqton ştatlarında azı 96 iri təbiət yanğını 1,375 milyon hektar ərazini cənginə alıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Aydaho ştatı Milli İdarələrarası Yanğın Mərkəzində bildiriblər.Onun əməkdaşları ölkənin qərb sahilindəki üç ştatda 17 yeni iri yanğının yarandığını qeydə alıb. “Bu iri yanğınların ümumi sayını 96-ya çatdırır, 3,4 milyon akrdan çox (1,375 milyon hektar) ərazi yanıb. Kaliforniya, Oreqon və Vaşinqtonda baş verən yanğınların nəticəsində dünən on minlərlə akr ərazi yanıb, yanğın cəbhəsinin yaxınlığında yaşayan bir çox insanın evakuasiyası barədə əmr verilib”, - Mərkəzin tvitterdə yerləşdirilmiş mətnində deyilir.
Yanğın yüzlərlə evi məhv edib, beş şəhərə əhəmiyyətli zərər vurub və Oreqon ştatında kütləvi evakuasiya aparmağa məcbur edib. “230 min akrdan (93 min hektar) artıq ərazini əhatə edən yanğınlar üzündən minlərlə Oreqon sakini təxliyə edilir”, - ştatın qubernatoru Keyt Braun mətbuat konfransında deyib.
Braunun sözlərinə görə, yüzlərlə ev məhv edilib. “İlkin məlumatlar göstərir ki, Oreqonun mərkəzi hissəsində Detroyt, Leyn dairəsində Blu-River və Vida, Oreqonun cənubundakı Finiks və Talent şəhərləri əhəmiyyətli dərəcədə məhv edilib", - deyə o qeyd edib.
Kaliforniya qubernatoru Qevin Nyusomun bildirdiyinə görə, bu il ştatda təbii yanğınların ümumi sahəsi təxminən 930,7 min hektara çatıb. “Associated Press” agentliyi bunun Kaliforniya tarixində ən yüksək göstərici olduğunu qeyd edib. Əvvəlki antirekord 2018-ci ildə olmuşdu - təxminən 793,2 min hektar. Yanan, o cümlədən ləğv edilmiş ocaqların sayı 7 606 təşkil edir. Yanğın 4 265 ev və binanı məhv edib və ya zərər vurub. Təbii fəlakət qurbanlarının sayı dəyişməyib və səkkiz nəfər təşkil edir.
***
“Reuters” agentliyi xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında çərşənbə günü davam edən meşə yanğını nəticəsində azı üç nəfər həlak olub. Bununla da təbii fəlakət qurbanlarının ümumi sayı 11 nəfərə çatıb.