Aşan krana görə Azadlıq prospektinə giriş bağlandı - Foto
- 04.09.2020, 14:50,
- Hadisə / Xəbər
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.
"Qanunyolu.info.az" Səhiyyə Nazirliyindən verilən məlumata görə əsasən xəbər verir ki, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub.
Bildirilib ki, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub: "Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb".
Xatırladaq ki, yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb.
Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, hadisə bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib: "Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik".
