“Ciddi nöqsanlara görə vəzifəsindən azad edilib”

  • 29.04.2020, 21:27,
  • Hadisə
  • Baxılıb: 33
“Ciddi nöqsanlara görə vəzifəsindən azad edilib”












Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı nazirliyin vəzifəli şəxsinin saxlanılması haqda məlumata münasibət bildirib.

"Qanunyolu.info.az", "Qafqazinfo"nun verdiyi xəbərə istinadən, nazirliyin sözçüsü Fazil Talıbov bildirib ki, DTX tərəfindən keçirilən əməliyyat zamanı saxlanıldığı qeyd edilən Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil:

"O, işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvət Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib".

Qeyd edək ki, DTX-nın bu gün Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı icra başçısı Mahir Quliyev, müavinləri və rayonun digər sahələrdə çalışan vəzifəli şəxsləri saxlanılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter