Partlayışın ilkin səbəbi açıqlandı - Yenilənib

Partlayışın ilkin səbəbi açıqlandı - Yenilənib

"Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın təsirindən 17-ci mərtəbədə yerləşən bütün mənzillər tamamilə dağılıb". 

“Qanunyolutv.az” xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, partlayışa səbəb ola biləcək əsas amil qaz amilidir. Partlayışın dəqiq səbəbləri, hadisənin hansı mənzildə baş verməsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: “17-ci mərtəbədə 6 mənzil yerləşir. Onların hamısı deformasiyaya uğrayıb, dağılıb. Həmçinin partlayışın təsirindən 16-cı mərtəbədə bir mənzilin qapısı, liftlərin qapıları, təxliyyə yollarında divarlarda çatlar əmələ gəlib. Hazırda həm FHN, həm də digər hüquq-mühafizə orqanlarının əməliyyat istintaq qrupları hadisə yerində təhqiqat işləri aparır”.
****

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib və 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, mənzildəki dağıntılarla əlaqədar axtarış-xilasetmə işləri həyata keçirilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim görmüş itləri də cəlb olunmaqla aparılmış axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altında əlavə insan faktoru aşkar olunmayıb.

Hadisə ilə əlaqədar cinayət işi açılıb və hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter