Bakıda çoxmərtəbəli binanın lifti qırıldı, 6 yaralı var - Yenilənib

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı, 6 yaralı var - Yenilənib

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.

“Qanunyolutv.az” xəbər verir ki, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
****

Lift qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, liftin 4-cü mərtəbədə olarkən zərbə ilə şaxtaya çırpılması nəticəsində yaralanan şəxslər bunlardır:

1968-ci il təvəllüdlü Afidə Heydərova - sol baldır sümüyünün sınığı, bel nahiyəsinin əziyi;

1960-cı il təvəllüdlü Tənzilə Süleymanova - sol ayağının sınığı, onun nəvəsi, 2009-cu il təvəllüdlü Leyla Səfərova - sol bud sümüyünün sınığı;

1980-ci il təvəllüdlü Yeganə Hacıyeva - topuq sümüyünün sınığı, onun övladı, 2007-ci il təvəllüdlü Cəlil Hacıyev - Sol qol nahiyəsinin əziyi;

1960-cı il təvəllüdlü Sevinc Rəsulova - bel-omba nahiyəsinin əziyi.


Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter