11-ci sinif şagirdi “Son zəng” öncəsi yoxa çıxdı - Foto
- 14.06.2022, 18:00,
- Hadisə / Kriminal
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+
Füzulidə 11-ci sinif şagirdi itkin düşüb.“Qanunyolutv.az” xəbər verir ki, rayonun Böyük Bəhmənli kənd sakini, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlu itkin düşüb.
Onun suda batması ilə bağlı Baş Mil kanalının Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Məlumata görə Z.Süleymanov dünən günortadan sonra yoxa çıxıb. O, bu gün "Son zəng" tədbirində iştirak edəcəkdi.
Faktla bağlı araşdırma aparılır.
****
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, "112" qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.