19 yaşlı oğlanı öldürən həmyaşıdı tutuldu - Yenilənib
- 10.06.2022, 09:00,
- Hadisə / Kriminal
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.“Qanunyolutv.az” APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, Zabrat-Məhəmmədi şossesinda dava zamanı 2004-cü il təvəllüdlü oğlan Sübhan Səfərov naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. O, hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
****
Qətl hadisəsi ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Belə ki, iyunun 9-da rayon ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkar olunub. Əməlin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. İlham Xanlarov polis əməkdaşları tərəfindən tutulub, istintaq davam edir.