BDU-nun tələbəsi faciəvi şəkildə öldü
- 06.06.2022, 10:30,
- Hadisə / Kriminal / Xəbər
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
BDU-nun SABAH qruplarının IV kurs Coğrafiya müəllimliyi ixtisasında təhsil alan Ata Şahin oğlu Əliyev avtoqəza nəticəsində dünyasını dəyişib."Qanunyolutv.az-ın məlumatına görə, bu barədə universitetin mətbuat katibi Kəmalə Namazova bildirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də açıqlama yayıb. Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyunun 5-i günorta saatlarında İsmayıllı rayonu Hacıhətəmli kəndi ərazisində 2000-ci il təvəllüdlü Ata Əliyevin idarə etdiyi traktor yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, traktorda olan sərnişin, Hacıhətəmli kənd sakini Əfqan Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Allah rəhmət eləsin!