Bakıda xəstəxananın hasarına çırpılan avtomobil yandı - Foto
- 01.06.2022, 15:00,
- Hadisə / Kriminal
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün səhər saatlarında Nəsimi rayonunda "Hyundai" markalı minik avtomobili Mirqasımov küçəsində Kliniki Tibbi Mərkəzin hasarına çırpılaraq yanıb.“Qanunyolutv.az”-ın məlumatına görə, baş vermiş hadisə barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sosial şəbəkələrdə baş vermiş hadisənin görüntüləri yayılıb. Bildirilib ki, qəza zamanı maşının sürürücüsü və sərnişini komatoz vəziyyətinə düşüb. Daha sonra avtomobil yanmağa başlayıb. Hazırda hər iki yaralının vəziyyəti ağırdır.
****
"Qanunyolutv.az" xəbər verir ki, hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, qəza bu gün saat 7:20 radələrində baş verib: “Hyundai Sonata” markalı avtomobil sürət həddini aşaraq idarəetməni itirib və Kliniki Tibbi Mərkəzinin hasarına çırpılıb, daha sonra isə yanıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Amma avtomobildə yanğın olanadək sürücü çıxarılıb. Təcili yardım şöbəsində ona yardım edilib və həyatı təhlükəsi olmayıb. Bir sıra zədələri var imiş, lakin vəziyyəti o qədər də ağır olmayıb. Həkim müayinəsindən və ilkin tibbi yardımdan bir neçə saat sonra şəxs evə buraxılıb”.
