Keçmiş nişanlısı tələbə qızı universitetin qarşısında bıçaqladı - Yenilənib

Keçmiş nişanlısı tələbə qızı universitetin qarşısında bıçaqladı - Yenilənib

Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.

“Qanunyolu.info.az”-ın məlumatına görə, ali məktəbin tələbəsi A. Əliyeva universitetə gələrkən bıçaqlanıb.

Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.

Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.

Araşdırmalar davam etdirilir.
****

Sumqayıt Dövlət Universiteti tələbə qızın bıçaqlanması hadisəsi ilə bağlı açıqlama yayıb.

Universitedən bildirilib ki, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar: “Məlum hadisə isə aprelin 14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib. Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi A. Əliyeva aprelin14-də istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb.

Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyəti qənaətbəxşdir.

Universitetdən qeyd edilib ki, həmin qız nümunəvi tələbələrdən biridir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter