Goranboyda dəhşətli qətl - Bacı-qardaş öldürüldü
- 06.02.2022, 18:30,
- Hadisə / Kriminal
Baxılıb: 56
Facebook
Вконтакте
Одноклассники
Google+
Goranboyda qətl hadisəsi baş verib."Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün saat 17:20 radələrində rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Belə ki, kəndin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və 1960-cı il təvəllüdlü Namazova Səlminin kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb.
Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin isti izlərlə açılması təmin olunub və qətli törətməkdə şübhəli bilinən onların həmkəndliləri 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.
İlkin dindirmə zamanı İ. Haqverdiyev deyib ki, həmin torpaq sahəsi uzun müddət onların arasında mübahisəli olub. Bir müddət öncə məhkəmə qərarı ilə torpaq İlhama verilib. Bu gün İlham Haqverdiyev torpaq sahəsinə gəldikləri bacı-qardaşın orda olduğunu görüb və aralarında yaranan mübahisə zamanı maşınında olan bıçaqla onların hər ikisini vurub.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
