Bakıda quyudan 4 yaşlı qızın meyiti tapıldı - Yenilənib
- 31.01.2022, 16:30,
- Hadisə / Xəbər
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 4 yaşlı qız uşağının meyiti tapılıb."Qanunyolu.info.az" xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
****
FHN hadisə ilə bağlı açıqlama yayıb.Bildirilir ki, Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə dərinliyi təqribən 10 metr olan quyudan 1 nəfər azyaşlının meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 2018-ci il təvəllüdlü Hüseynli Məryəm Taleh qızının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.