Bankomatdan pul çıxaran qadını izləyib zor tətbiq etdi - Video
- 12.01.2022, 12:00,
- Hadisə / Kriminal
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
Hövsan qəsəbəsində qadına qarşı quldurluq edən həmcinsi saxlanılıb."Qanunyolu.info.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, zərərçəkən şəxs evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 200 manat pul və şəxsi sənədləri olan çantasını ələ keçirib.
Cinayəti törətməkdə şübhəli bilinən Ş.Nəbizadə polis tərəfindən saxlanılıb. O, ifadəsində qadını bankomatdan pul çıxaran zaman gördüyünü və onu izləyərək quldurluq etdiyini etiraf edib. Araşdırma zamanı Ş.Nəbizadənin Hövsan qəsəbəsində bir mənzildən də məişət əşyaları oğurladığı məlum olub.
Faktlarla bağlı cinayət işi başlanılıb. Ş.Nəbizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.