Polisi bıçaqlayanın kimliyi bilindi - Yenilənib
- 31.07.2021, 23:00,
- Hadisə / Kriminal
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb."Qanunyolu.info.az" APA-ya istinadən xəbər verir ki, hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən məcburi köçkün düşərgəsində baş verib.
Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
****
Polis əməkdaşını bıçaqlayan şəxs saxlanılıb.
Polis serjantı Qurban Qurbanova çoxsaylı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, 1986-cı il təvəllüdlü Yaqubov Sərvan Arif oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
****
DİN-in Mətbuat Xidməti də bununla bağlı açıqlama yayıb: "İyulun 30-da Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov şərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədərkən Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib. Sərvan Yaqubov saxlanılıb".
