Bakıda sexdə yanğın - Video+Yenilənib

Bakıda sexdə yanğın - Video+Yenilənib

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın başlayıb.

“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
****

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nəm salfetkaların istehsalı sexindəki yanğınla bağlı daha bir məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal yanğının baş verdiyi ünvana cəlb olunub.

Görülmüş operativ tədbirlərlə yanğın daha da genişlənməsinin qarşısı alınaraq söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 1830 kvadrat metr olan ikimərtəbəli anbarın yanar konstruksiyaları və içərisində olan mallar 1200 kvdrat metr sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter