Ağdaşda qardaş qardaşı öldürdü

Ağdaşda qardaş qardaşı öldürdü

Ağdaş rayonunda kişi mübahisə zamanı öz qardaşını və həmkəndlisini güllələyib.

“Qanunyolu.info.az” xəbər verir ki, rayonun Abad kənd sakini Mustafa Ələşrəfov münaqişə zamanı ov tüfəngindən atəş açaraq qardaşı, 1968- ci il təvəllüdlü Qələndər Ələşrəfovu və qonşusu, 1972-ci il təvəllüdlü Quliyev Cəmil Sərdar oğlunu vurub.

Nəticədə qardaşı Qələndər Ələşrəfov ölüb, Cəmil Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Mustafa Ələşrəfov polis əməkdaşları tərəfindən tutulub.
****

"Qanunyolu.info.az" xəbər verir ki, Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, iyunun 17-i saat 23 radələrində 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qardaşı, 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter