SOCAR-ın Gürcüstandakı “zapravka”sına silahlı hücum - Video
- 08.06.2021, 17:30,
- Hadisə / Kriminal / Xəbər
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
SOCAR-ın Gürcüstandakı “zapravka”sına basqın edən şəxs saxlanılıb.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat paylaşıb.
O bildirib ki, Gürcüstanın Ozurgeti şəhərində SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum edən şəxs kassa aparatını aça bilməyib: “Yalnız 100 lari götürməyə nail olub. Şübhəli bilinən şəxs artıq Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.