Cəlilabadda icra işçisinin intiharı ilə bağlı cinayət işi başlandı

  • 13.12.2020, 12:10,
  • Kriminal
  • Baxılıb: 62
Cəlilabadda icra işçisinin intiharı ilə bağlı cinayət işi başlandı

"Dekabrın 12-də saat 11 radələrində Cəlilabad rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində işləmiş 1960-cı il təvəllüdlü Həsənov Meyti Əbil oğlunun yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə Cəlilabad rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib".

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə Cəlilabad rayon prokorurluğunun məlumatında deyilir.

Bildirilir ki, fakta görə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilmişdir. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter