Biləsuvarda maşınla vurulan qız dünyasını dəyişdi
- 10.09.2020, 22:00,
- Hadisə / Kriminal
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir neçə gün əvvəl Biləsuvarda maşınla vurulan 24 yaşlı qız dünyasını dəyişib. "Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Biləsuvar rayonunun Əmənkənd sakini Rauf Əliyev "Vaz-2107" markalı minik avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurmuşdu.
Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ağır bədən xəsarətləri ilə müalicə alan Nuridə Ələkbərova həkimlərin səylərinə baxmayaraq, bu gün dünyasını dəyişib.