Xəstəxanadan foto paylaşıb estetik iddialarını yalanladı
- 23.09.2020, 15:30,
- Gündəm / Şou / Xəbər
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Xatirə islamın növbəti dəfə estetik əməliyyat etdirdiyi barədə sosial şəbəkələrdə məlumat yayılıb. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ifaçının İstanbulun özəl klinikalarının birində plastik cərrahiyyə olunduğu iddia edilib.X. İslam bu gün instaqramda xəstəxanadan foto paylaşaraq 8 ildir ki, mədəsindən şikayətləndiyini, bu səbəbdən müalicə olunduğunu deyib.
O, estetik iddialarına da reaksiya verib: “İnsan ağzını bağlayıb ac qalmasa, arıqlaya bilməz. İçdiyimiz su belə kökəlmə verir. Bu, qidaların süni olması və yaşayış tərzimiz, əsəb-stresslə bağlıdır.
59 kilo idim, 76-ya qalxdım. Bakıda aldığım səhv müalicə səbəbindən bu hala düşdüm. Dərmanlar məni məhv etdi. Çünki oğlum Emilə bacı və yaxud qardaş arzulayırdım. Uğursuz bir iş oldu, kökəldim. Boşuna şişməyim özümə qaldı”.