Yefremov məhkəmədə vəkillərindən imtina etdi

Yefremov məhkəmədə vəkillərindən imtina etdi

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Rusiyanın Əməkdar artisti, aktyor Mixail Yefremov məhkəmə iclası zamanı hər iki vəkilindən – Elman Paşayev və Yelizaveta Şarqorodskayadan imtina edib. "Qanunyolu.info.az", “Qafqazinfo”-istinadən bildirir ki, bu barədə “TASS” xəbər verib.

“Qoy onlar məsləhətçi kimi qalsınlar, mənim müdafiəmi isə başqası həyata keçirsin”, - o deyib.

Hakim Yelena Abramova isə bildirib ki, Yefremova yeni müdafiəçinin axtarışı zərurəti ilə əlaqədar məhkəmə iclası avqustun 24-nə keçirilir.

Xatırladaq ki, aktyor iyunun 8-də Moskvanın mərkəzində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Cipdə hərəkət edən artist əks hərəkət istiqamətinə çıxıb və furqonla toqquşub. Sonuncunun sürücüsü bir neçə saatdan sonra həyatını itirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter