Suraxanıda növbəti gücləndirilmiş dezinfeksiya işləri - Fotolar
- 15.08.2020, 18:15,
- Gündəm / Xəbər
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Əhalinin sağlamlığının qorunması məqsədi ilə Suraxanı rayonunda zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. Avqustun 15-də növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb. Bu barədə "Qanunyolu.info.az", “Qafqazinfo”ya istinadən Suraxanı RİH-dən məlumat verilib.Rayon ərazisində dezinfeksiyaedici kimyəvi maddələrlərdən istifadə edilməklə çoxmənzilli yaşayış binalarının girişlərində, pilləkən qəfəslərində, lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, səkilərdə, yol kənarlarında, parklarda, obyektlərin qarşısında, avtobus dayanacaqlarında, məhəllələrdə, həmçinin xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə küçələrdə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, bu sahədə profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya işləri bütün qəsəbələri əhatə etməklə gündəlik olaraq həyata keçirilir.