"Qanunyolu.info.az" xəbər portalı 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə balacalarımızı təbrik edir
- 01.06.2020, 05:45,
- Gündəm / Cəmiyyət / Sosial
Baxılıb: 45
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qanunyolu.info.az" məlumat üçün bildiririk ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndikdən sonra 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, iyunun 1-i "Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Azərbaycan Respublikasında da qeyd edilir.
Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulmuşdur.
Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 19 may 1998-ci ildə “Uşaq hüquqları” haqqında Qanun qəbul edilmişdir.“Uşaq hüquqları” haqqında Qanunda uşaqların hüquq bərabərliyi, yaşamaq və inkişaf etmək hüququ, həyat və sağlamlığının mühafizəsi hüququ, ad və vətəndaşlıq almaq hüququ, tərbiyə almaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, zəruri maddi təminat hüququ, vicdan, fikir və söz azadlığı, məlumat azadlığı, ailədə yaşamaq hüququ, valideynləri ilə ünsiyyətdə olmaq hüququ, mənzil hüququ, valideynlərinin, övladlığa götürülənlərin əmlakına dair vərəsəlik hüququ, təhsil almaq hüququ, yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ, istirahət hüququ, ictimai təşkilatlarda birləşmək hüququ, şərəf və ləyaqətinin müdafiəsi hüququ təsbit olunmuşdur.
Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Buna görədə ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldu. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın birinci xanımı, Heydər əliyev fondunun priezdenti Mehriban Əliyeva hər təfəfli dəstək verir.Ulu Öndərin adını daşıyan Fond yarandığı ilk gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır. Beynəlxalq uşaq günü dünya ictimaiyyətinin uşaqların müdafiəsi istiqamətində müharibələrə yox deyərək, uşaqların sağlamlığının qorunması, onların demokratik ənənələrlə düzgün tərbiyəsi üzrə mobilizasiya günüdür.
Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Valideyn himayəsində olan uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə ehtiyacları var.
Gələcəyimizin möhkəm və sağlam təməllər üzərində qurulması üçün uşaqlarımızın hüquqlarını qoruyaq, onların təhsil və tərbiyəsinə, sağlamlığına diqqət yetirək. Yalnız öz övladlarımızın deyil, qayğıya, köməyə ehtiyacı olan bütün uşaqların yanından olaq və onlara dəstək olaq.P.S. "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balacalarımızı səmimi qəlbdən təbrik edir, onlara uşaqlıq çağlarının gözəl, mənalı keçirmələrini, xoşbəxt və bəxtəvər böyümələrini arzulayırıq.
Əziz uşaqlar ümidləri doğruldub, ata-analariniza xeyirli övlad olasiniz.Beynəlxalq Uşaqlar Günü bayramı münasibəti ilə sizləri təbrik edirik!

Şərh yaz