Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
Hörmətli izləyicilərim və dəyərli oxucularımız "Qanunyolutv.az", "Vetenperverlər.az" -a istinadən xəbər verir. Şirvan şəhərində ağacların qanunsuz kəsilməsi və yerində avtomobil girişi inşa olunması ilə bağlı "Vetenperverlertv.az" redaksiyasına daxil olan məlumatın fonunda çəkiliş qurupumuz Şirvan şəhərinə yola düşdü.
Məlumatı yerində araşdıran çəkiliş qurupumuz sözü gedən Şirvan şəhəri Naxçıvan küçəsində oldu. Heydər Əliyev prospekti ilə Naxçıvan küçəsinin kəsişməsindən Naxçıvan küçəsi ilə irəliləyərkən yolun sağ kənar səkisində həqiqətən də ağacların məhv edilərək üzərinin betonlanmasının şahidi olduq..
Maraqlıdlr bu qədər ağacların kəsilib yol açılması kimin və yaxud kimlərin maraq dairəsindədir?
Başqa sözlə desək bu ağaclar kimin və ya kimlərin yolunda maneə olub ki, yaşıl ağaclar “Ağac Qətliam”ı hökmünə məruz qalıb?! Səthi ötəri apardığımız şifahi sorğumuza əsasən ağacların kəsilməsində Şirvan şəhər İcra Başçısının müavini Orxan İbrahimovun əli olması ehtimal olunur.
Belə ki, betonlanmış yol Orxan müəllimin atasının obyektinə doğru istiqamətlənir...
Bütün bunları bir kənara qoyub yaşıllığa qənim kəsilənlərin kimlər olmasını və İcra Başçısının bundan məlumatlı olub olmamasını maraqlanıb jurnalist araşdırması aparacağıq. Bu yerdə məhşur kinomuzdan bir frazanı xatırlamaq yerinə düşər.
P.S. Qeyd edək ki, Orxan İbrahimovun atası Əhmədağa İbrahimov da məmurdur. Belə ki, Əhmədağa İbrahimov Baş Şirvan Kollektorunun İstismarı idarəsinin rəisi vəzifəsində işləyir. Əhmədağa İbrahimovun Şirvan və Sabirabad rayonlarında xeyli sayda obyektlərinin olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc olunub....