Bəsti Məmmədova: Böyük dayaq, bacarıqlı siyasətçi, sadiq silahdaş - Mehriban Əliyeva

Bəsti Məmmədova: Böyük dayaq, bacarıqlı siyasətçi, sadiq silahdaş - Mehriban Əliyeva

Gürcüstan vətəndaşı, iş adamı - xeyriyyəçi
Bəsti Məmmədova


Bəli artıq 7 ildir ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi uğurla fəaliyyət göstərir. Onun rəhbərliyi altında çoxsaylı layihələr reallaşıb, ümumiyyətlə, ölkə həyatının elə bir sahəsi olmayıb ki, diqqətindən kənarda qalsın.

Etiraf etməliyik ki, Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması heç də təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həmin zaman həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada mühüm layihələr həyata keçirirdi. Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban xanım Əliyeva parlamentdə dövlətimizin və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi. Onun təşəbbüsü ilə reallaşan amnistiya aktları yüz minlərlə ailəyə sevinc bəxş edib. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.

Birinci xanım təkcə ölkə daxilində yox, dünya miqyasında məşğul olduğu sahələr üzrə yüksək standart müəyyənləşdirib. O, atdığı humanist addımlarla, gördüyü nəcib işlərlə, sülhün bərqərar olması üçün göstərdiyi şücaətlə bütün insanlar üçün təkrarlanması vacib örnəyə çevrilib.
Mehriban xanımın fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır və həmçinin ölkənin birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu sübut edir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. Onun ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.

İkinci Qarabağ müharibəsi başlayanda xalq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın duyğuları tərpədən, ədalətli müharibəmizdə döyüşçülərimizi döyüşə uğurlayan kəlamını da əsgəri çağırış bildi: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"

Bu həm çağırış, həm də ana duası idi. Bu çağırış Şanlı Zəfərə aparan yolda qəhrəman oğullarımızın döyüş ruhunu artırdı. Döyüşlərdə qəhrəmanlıq göstərərək yaralanan hərbçilərimizə mütəmadi baş çəkib qayğılarına qalan Mehriban xanım Əliyevanın ana qayğısı hər bir hərbçimizin döyüş ruhunu artırırdı.

Böyük Zəfər ölkəmizin siyasi imicini də yüksəltdi, dünya dövlətlərinin ona ehtiramını da artırdı. Zəfərdən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərində Birinci vitse-prezident Mehriban xanım Əliyeva da olur, dövlət başçısı ilə birlikdə quruculuq işlərinin başlanğıcında, bu və ya digər müəssisənin təməlqoyma mərasimində iştirak edir. Bünövrənin qoyulmasında bu səviyyədə iştirak sevginin ifadəsidir, sözlə ifadə edilə bilməyən ana xeyir-duasıdır.

Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlər də möhtəşəmdir. Vandal ermənilərin 30 ildə darmadağın etdikləri tarixi-mədəni və dini abidələrimizi yenidən bərpa edən fondun gördüyü işlər misilsizdir. Bütün bunların fonunda əminliklə deyə bilərik ki, xeyirxahlığı, Vətənə, xalqa, dövlətçiliyə, dövlətə xidməti həyat fəlsəfəsi bilən Mehriban xanım Əliyevanın Azərbaycanın ən yüksək dəyərinə - "Heydər Əliyev mükafatı"na, "Heydər Əliyev" ordeninə layiq görülməsi təsadüfi deyil.

Mehriban xanım Əliyevanın böyük və çoxşaxəli fəaliyyəti bütün dünyaya səs salıb. Bundan sonra da böyük islahatlar yolunda Sizə yorulmazlıq, səbr, dözüm və nailiyyətlər diləyirəm.
Hörmətli Mehriban xanım Əliyeva Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edirəm.


DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

Gürcüstan vətəndaşı, iş adamı - xeyriyyəçi
Bəsti Məmmədova

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter