Manaf Manafov: Birinci vitse-prezident Mehriban xanım Əliyeva daima müharibə əlillərinə, qazilərə diqqət və qayğı göstərir

Manaf Manafov: Birinci vitse-prezident Mehriban xanım Əliyeva daima müharibə əlillərinə, qazilərə diqqət və qayğı göstərir

Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü
Manaf Manafov


Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva – bu birinciliyin əsas missiyası dövlətə, vətənə və xalqa sədaqətlə xidmətdə qərarlaşıb. O, Azərbaycan qadınının kimliyini dünyaya uğurla təqdim edir. Bu kimliyin əsasında isə canı qədər sevdiyi Azərbaycanın yüksəlişi, onun beynəlxalq miqyasda uğurlu təqdimatı, doğma xalqının rifahı dayanır.

Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Mərkəzində yüksək texnologiyalı protezlərlə təmin olunan əsgər və zabitlərlə görüşü səkkiz il bundan əvvəl aprel döyüşlərində ordumuzun qələbə gününə təsədüf etdi. Bu görüş bir daha göstərir ki, Qarabağ müharibəsində, o cümlədən aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin sağlamlıqlarının bərpa olunması, fəal həyata qayıtmaları üçün müvafiq tədbirlərin görülməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi nəzarətindədir və bu şəxslər onun diqqət və qayğısı ilə əhatə olunub".

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi həyata keçirilir: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reablitasiya vasitələri ilə təmin olunması məqsədilə Protez-Ortopedik Bərpa Mərkəzinin nəzdində xüsusi sex yaradılıb. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu tərəfindən 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezlərə ehtiyacı olan hər bir əsgər və zabitlərlə görüşlər keçirilib, onlar yüksək texnologiyalı protezlərlə təmin olunublar. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb".

Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı sahəsində dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018 və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub: "Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətlərini davam etdirir. Bu tədbirlərin həyata keçirilməsi sayəsində xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən zabit və əsgərlər özlərini cəmiyyətdən kənar hiss etmirlər və dinamik həyat fəaliyyəti ilə məşğul olan insanların arasındadırlar.

Bu görüş göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlıqlarını itirmiş əsgər və zabitlərimiz Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub, bu şəxslərin həyat və fəaliyyətləri ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll edilir və bu belə də olacaq".

Mehriban xanım Əliyeva Sizi – xalqımızın milli-mənəvi dəyərlərinin böyük hamisini, ölkəmizdə xeyriyyəçilik ənənələrinin qoruyucusunun, ölkəmizin mədəni incilərinin beynəlxalq aləmdə layiqincə təbliq edən vətənpərvər ziyalı xanımı, humanizm carçısını doğum günü münasibəti ilə ürəkdən təbrik edirik! Sizə cansağlığı, uzun ömür, xalqımızın hərtərəfli rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq! Qoy Ulu Yaradan Sizi və ailənizi hifz etsin!

60 İLLİK YUBİLEYİNİZ MÜBARƏK!


Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü
Manaf Manafov
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter