"QanunyoluTV.az"-kollektivi Jalə xanımı təbrik edir
- 14.04.2024, 22:00,
- Gündəm / Cəmiyyət / Mədəniyyət / Xəbər
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Əziz və hörmətli "Zeferyolu.az" saytının rəhbəri Jalə xanımı ad günü münasibətilə anası Şəkər xanım, qızı Fatimə xanım, oğlu İbrahim və Muhəmməd, qardaşı Gündüz və Hakim, "DoğruXeber.az" saytının əməkdaşı Jalə xanım Əsədova, rəfiqələri, qohumları, dostları, Şəhid anaları və qazilər, "Yaxşı deyək, yaxşı eşidək" verilişinin aparıcısı Nuranə xanım Gülər, Yeganə xanım Hüseynova, "Qanun və İcra" verilişinin aparıcısı hörmətli Əkbər Yusifoğlu səmimi qəlbdən təbrik edir, Jalə xanıma həyatda sağlam ömür, xoşbəxtlik, qadın təravəti, ailə səadəti, ruzi-bərəkət, gördüyünüz hər bir işlərinizdə uğurlar, yeni-yeni müvəffəqiyyətlər, yüksək nailiyyətlər arzulayırlar.Bu təbrikə "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə xanım başda olmaqla cəmiyyətin bütün əməkdaşları eləcədə, Rüzganə xanım, müğənni Meti Mell, Əli müəllim, Nəzrin xanım, Pərvanə xanım, "Xezertv.info" saytının baş redaktoru Fərid Faiqoğlu və xüsusilə də Çingiz müəllim qoşularaq Jalə xanımı təbrik edib, ona həyatda sevinc dolu günlər, xoş və firavan ömür arzulayırlar. Jalə xanım günəş təkdir, ona bənzəməyin. Məhəbbətiniz torpaq qədər davamlı olsun. Qəm əyir, sevinc ucaldır insanı. Qəm görməyin, həmişə sevinc, səadət içində olun deyirlər.
“QanunyoluTV.az” saytının rəhbəri olaraq məndə kollektivimiz adından Jalə xanım sizə dünyanın ən şirin nemətlərini arzulayırıq. Neçə yaşınız olursa olsun hər şeyin gözəli sizinlə olsun. Yeni yaşınızda hər ötən gün daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun. Bir yaşda qocalsanızda həmişə olduğunuz kimi sevgi dolu və şən qalasınız.Ulu Tanrı ömrünüzə ömür, sevincinizə sevinc qatsın. Atdığınız hər addım sizin həyatınıza uğur gətirsin. Gözlərinizdə daima sevinc qığılcımları parlasın. Sevinc başınızın tacı, kədər isə ayağınızın tozu olsun. Bu arzular, Jalə xanım sizi daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasınız! Arzu edirik ki, qələminiz daima iti, sözünüz hər yerdə keçərli olsun!AD GÜNÜNÜZ MÜBARƏK OLSUN JALƏ XANIM!
TANRI SİZİ VƏ SEVDİKLƏRİNİZİ QORUSUN!Hörmətlə: "QanunyoluTV.az" saytının rəhbəri
Arif Süleymanlı

Şərh yaz