"Ortada nəticələr varsa, adımın "Qəbələ" ilə hallanması normaldır, amma..."
- 28.01.2024, 22:15,
- Gündəm / Sosial / İdman / Xəbər / Müsahibə
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
"Burada olduğum uzun müddət ərzində bəzi təkliflər almışam. Amma buranın mənim üçün yeri xüsusidir. Ona görə də hər zaman burada qalmağa, möhkəmlənməyə, yüksəlməyə üstünlük vermişəm"."Qanunyolutv.az" xəbər verir ki, bu fikirləri Sportinfo.az-a açıqlamasında "Qəbələ-2" komandasının baş məşqçisi Famil Xəlilov deyib.
Gənc mütəxəssis "Premyer Liqada çalışmağı istərdiniz" sualına isə belə reaksiya verib:"Niyə də olmasın? Hər bir məşqçinin hədəfi olmalıdır. Bizim də məqsədimiz yalnız uşaq futbolundan ibarət deyil. Əsas komandalarda özümü sınamağı istərdim. Gələcəkdə belə təkliflər olsa niyə də olmasın?Amma səmimi deyə bilərəm ki, bu günə qədər belə təklif olmayıb. Bu gün mən "Qəbələ"də təkcə əvəzedici komandanın baş məşqçisi yox, həm də akademiyanın rəhbər şəxslərindən biriyəm. Burada tanınmış məşqçilər çalışıb. Onların yanında inkişaf etmişəm. Rəhbərlik mənə güvəndi, inandı. Böyük məsuliyyət olduğunu deyə bilərəm. Yəni indiki işim də asan deyil".
Famil Xəlilov əsas komandaya baş məşqçi təyin olunacağı ilə bağlı səslənən iddialara da aydınlıq gətirib:"Ortada nəticələr varsa, adımın hallanması normaldır. Yazılanlara hörmətlə yanaşıram, amma belə bir mövzu heç zaman müzakirə olunmayıb".O, "qırmızı qaralar" üçün uğursuz keçən mövsüm haqqında da qısaca danışıb:"Heyətdə çox dəyişiklər oldu. Belədə yenilənən heyətin uğur qazanması üçün zamana ehtiyacı var. Yəqin ki, futbolçular tam bir-birini başa düşəndən sonra hər şey düzələcək. Bir neçə qələbə uğursuzluq zolağından çıxmağa yetərli olacaq. Bizim komanda bu yerlərə layiq deyil. İnanıram ki, yaxşı nəticələrlə yuxarı pillələrə qalxa biləcəyik".
P.S. Sonda məndə "Qanunyolutv.az" saytının rəhbəri olaraq kollektivimiz adından
"Qəbələ-2" komandasının baş məşqçisi Famil Xəlilova idman sahəsində daima yeni-yeni nailiyyətlər arzulayır və qələbə sizinlə olsun deyirəm!
"Qanunyolutv.az"
